Dini liderlər Brüsselə gedir - Siyahıda şeyxin adı yoxdur

seyxallahsukur02_110Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.

AzVision.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.

Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:

Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı

Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı

Aleksandr Şarkovski – Yəhudi icmasının sədri

Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Rasim Xəlilov - "Həyat Sözü” protestant dini icmasının başçısı

Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar