İraq ordusu Kərkükün bölgələrinə yeridilib

Bu gün səhər saatlarında İraq ordusu və “Haşti Şabi” Kərkükün Havice və Şirkat bölgələrində əməliyyata başlayıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, rəsmi Bağdadın “referendum”dan əvvəl Kərkükə hərbi müdaxilə edəcəyi ehtimal edilir.

Qeyd edək ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Onlar bu “tədbirdə” Kərkükün də iştirakına çalışırlar. Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Farnsa, rəsmi Bağdad “referendum”a qarşı çıxış ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar