Şimali Koreya XİN rəhbəri Trampın çıxışını "itin hürməsi" adlandırıb

BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo assambleyada Amerika prezidenti Donald Trampın çıxışını "itin hürməsi" adlandırıb. Trend-in məlumatına görə, onun bu fikirlərini yerli "Yonxap" agentliyi səsləndirib.

Şimali Koreya XİN rəhbəri deyib: "Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır". Agentlik nazirin bu ifadə ilə "İt hürər, karvan keçər" məsələni nəzərdə tutduğunu qeyd edib.

Qeyd olunur ki, Koreya dilində "it fantaziyası" isə absurd, mənasız, əbəs kimi başa düşülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar