İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədov axtarışa verilib. Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq(178), vəzifə səlahiyyətlərindən sui-istifadə (308) və vəzifə saxtakarlığı (313) maddələri ilə təqsirləndirilən Ramiz Məmmədov məhkəmə prosesindən yayındığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, məhkəmə prosesi bu ilin fevralında başlayıb və R.Məmmədovun səhhəti ilə bağlı proses xeyli yubanıb. Daha sonra isə o, məhkəməyə gəlməkdən boyun qaçırıb.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar