Şəmkirin baş planının yekun layihəsi hazırlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan Şəmkir şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 20 sentyabr 2017-ci il tarixində Şəmkir şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Şəmkir şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda Şəmkir şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar