UNİVERSİTETİN SABİQ RƏHBƏRLİYİNƏ CİNAYƏT İŞİ AÇILDI – “Külli miqdarda vəsait uçotdan yayındırılıb”

Dərc olunub: 21/09/2017 - 13:47

 

24d4a17c_bas prokurorluq255598_457905Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan “AzPolitika”ya verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılması aşkarlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

172587_444000Qeyd edək ki, Şəmsəddin Hacıyev 2004-cü ildən 2014-cü ilədək sözügedən universitetə rəhbərlik edib və hadisə də həmin illərdə baş verib.

O, hazırda Milli Məclisin deputatıdır.

Məsələ ilə bağlı modern.az saytı Şəmsəddin Hacıyevlə əlaqə saxlamağa çalışıb. Amma deputatın mobil telefonunu özünü Ramiz kimi təqdim edən şəxs açaraq, “müəllim, hazırda Bakıda yoxdur, xaricdədir. Birisi gün gələcək”cavabını verib.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Hesablama Palatasının göndərişi əsasında Baş prokurorluqda fakta görə cinayət işi açıla bilər: “Araşdırma nəticəsindən asılı olaraq Baş prokurorluq ya cinayət işi açır, ya da işi müvafiq strukturlarda araşdırılması üçün göndərir. Bir qayda olaraq Hesablama Palatası cinayət xarakterli faktlarla rastlaşdıqda prokurorluğa müraciət edir. Ümumilikdə, bu kimi hallarda 90 faiz Baş Prokurorluqda cinayət işi açılır”.

Ə.Nuriyevin sözlərinə görə, Hesablama Palatasının Baş prokurorluğa etdiyi müraciətdə mənimsəmə, səhlənkarlıq və vəzifə səlahiyyətlərini aşma faktları var: “Ona görə də çox güman ki, Baş Prokurorluqda fakta görə cinayət işi qaldırılacaq. Amma burada konkret hansı şəxsin yaxud şəxslərin – rektor, prorektor, yaxud digər məsul şəxsin təqsirindən baş verməsi araşdırma nəticəsində bəlli olacaq. Hər bir universitetdə bu və ya digər məsələlərin həlli ilə bağlı funksiya və vəzifələr var. Bu vəzifəni kim, necə icra edib, onu Baş Prokurorluq müəyyən edəcək. İndiki məqamda konkret ad çəkmək doğru olmaz”.


loading...


Fikrinizi bildirin