Sabahdan Məhərrəm ayı başlayır
Baxiş sayı:
Dərc olunub:
21/09/2017 - 14:36
Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
"Report"un məlumatına görə, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.
Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.
Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.
28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.
Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.