Poroşenko dünya birliyinə çağırış edib -  ""Qolodomor"u genosid kimi tanıyın"

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko Birləşmiş Millətlər Təşkilatı Baş Məclisindəki çıxışı zamanı dünya birliyini 1930-cu illərin «qolodomor»unu Ukrayna xalqına qarşı işlənmiş genosid kimi tanımağa çağırıb.

Ukrayna lideri qeyd edib ki, Baş Məclisin indiki sesiyası 1930-cu illərdə Ukraynada yaşanmış kütləvi aclığın («qolodomor») 85 illiyi ilə üst-üstə düşüb.

Poroşenkonun fikrincə, bu dəhşətlər İosif Stalinin totalitar rejimi tərəfindən süni şəkildə yaradılmış durumun nəticəsi olub

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar