“Naz-Lifan”ın istehsalı niyə azalıb? – Rəsmi cavab

Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib. Fins.az xəbər verir ki, yeganə minik avtomobilləri istehsalçısı olan Naxçıvan Avtomobil Zavodunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 75% azalıb. Bununla yanaşı , avqust ayında istehsal olmayıb.

Avtomobil zavodunun direktor müavini Polad Sadıxov Fins.az-a bildirib ki, istehsal sifariş əsasında aparılır. Sifarişlər gec verildiyi üçün istehsal prosesində də gecikmələr ola bilər: “Bilirsən, əvvəl sifariş hər ay gəlirdisə, indi 2 aydan bir gəlir. Bura həm dövlət, həm də digər sifarişlər daxildir”.

Direktor müavini ümumilikdə isə satış həcminin azaldığını etiraf edib.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal edilərək yerli zavodda yığılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar