Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

Dərc olunub: 22/09/2017 - 15:58

ab9e0a6c-8f1c-4a78-9276-bd6b5405e609_292Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.
Bu barədə “Report”a Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.
G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir: “Bununla bağlı müzakirələr davam etdirilir”.


loading...




Fikrinizi bildirin