Azərbaycanda etnik qruplar suverendir? - Hadı Rəcəblidən açıqlama

“Parlamentin qəbul etdiyi iki qanun model qanun kimi həm beynəlxalq miqyasda, həm də MDB üçün örnək göstərilir. Qadınlar üçün çoxlu hüquqlar mövcuddur. Bunların artması üçün böyük işlər görülür”.

Modern.az xəbər verir ki, bunu Milli məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, Azərbaycan parlamenti büdcəsi sosial sahəyə yönləndirir.

Qeyd edim ki, sosial sahəyə büdcədən 28 faiz vəsiat ayrılıb. Azərbaycanda bütün xalqlar bərabarə yaşaya bilir. Azərbaycanda 50-dən çox etnik qrup var. Onlar bərabər və suveren şəkildə yaşayırlar.

Düşünürəm ki, dayanıqlı inkişafı təmin edən məsələlər konfiliktdən qaçmaqdır. Bu sahədə Azərbaycan dünya üçün örnəkdir. Biz nikah üçün yaşı 18-ə çatdırdıq. Əvvəllər bu yaş 17-di idi.

“Məişət zorrakılığı haqında qanun” qəbul etdik. Bu qanunlar bilavasitə ananın, uşağın sağlamlığının qorunmasına yönəlib”.

Deputat qeyd edib ki, Azərbaycanda əhalinin artımı 1-2 faizdir. Həmçinin Əmək Məcəlləsinin 22 maddəsi bilavasitə qandınların hüquqlarını müdafiə edir. Hamilə, uşaqlı qadınların hüquqları bütün hallarda qorunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar