“Erməni deputatların başına araq butulkası çırpsaydılar...” - Millət vəkili

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov erməni deputatların Azərbaycanda içki içərkən foto çəkdirməsinə və məqsədli şəkildə onu yaymasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, R.Cəbrayılov bunun növbəti erməni təxribatı olduğunu söyləyib: “Mən bunu erməni deputatların “Don Kixot”luğu adlandırardım. Bu, Azərbaycan cəmiyyətini qıcıqlandırmaq və həmin deputatların Ermənistanda öz seçicilərindən ucuz dvident qazanması məqsədini güdür. Fotodan aydın görünür ki, onu azərbaycanlıları qıcıqlandırmaq üçün çəkiblər. Məncə məqsəd odur ki, azərbaycanlılar sözügedən fotodan qıcıqlanıb, erməni deputatlara nə isə etsin. Ermənilər də dərhal bunu dünyaya yayaraq, özlərini “məzlum” kimi göstərsinlər”.

Deputat deyib ki, həmin foto restoranda deyil, otel otağında çəkilib: “Düşünürəm ki, foto qəsdən yaxın planda çəkilib ki, insanlar həmin fotonun Azərbaycanda hansısa restoranda çəkildiyini güman etsin. Ancaq həqiqətdə isə foto restoranda deyil, qaldıqları otelin otağında çəkilib. Əgər erməni deputatlar restoranda yeyib-içib keflənib, nalayiq, artıq-əksik hərəkət etsəydilər, hər hansı azərbaycanlının həmin araq butulkasını onların başına çırpması ürəyimdən tikan çıxarardı. Amma soyuq ağılla düşünəndə, bu, çıxış yolu deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar