Rusiyada azərbaycanlı küçədə ölüb

Rusiyanın Krasnodar vilayətində azərbaycanlı ölüb.

APA-nın “7info.ru”ya istinadən verdiyi məlumata görə, 2 nəfər qəfil asfaltda yıxılaraq qıcolma vəziyyətinə düşüb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin 31 yaşlı azərbaycanlını xilas etmək mümkün olmayıb. Digər şəxs isə xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən həmin şəxslər yüksək dozada narkotik maddə qəbul etdikləri üçün qıcolma baş verib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar