Bakıda keçmiş məmurun qızı muzey kimi evini 750 minə satır - FOTO

Dərc olunub: 23/09/2017 - 16:45

8Paytaxtın Səbail rayonu, Nizami kinoteatrı yaxınlığında satışa çıxarılan evi sosial şəbəkədə böyük marağa səbəb olub.İçindəki əşyalarla birgə satışa çıxarılan mənzil 6 otaqlıdır. 28 May küçəsi 58-də yerləşən mənzil 750 min manata təklif olunur. 5 mərtəbəli binanin 3-cü mərtəbəsində iki mənzilin birləşməsindən düzəldilmiş 6 otaqlı mənzildə diqqət çəkən isə işərisindəki antik əşyalardır. Mənzildəki bütün əşyalar əl işləmələridir.

Bakının ən prestijli məkanında yerləşən, içindəki mebellərinin satış qiymətindən daha çox olduğu evin ucuzluğu diqqət çəkir.

“Ev kimə məxsusdur və niyə ucuz satır” sualı təbii ki, bu məqamda aktuallaşır.

Mənzili satana şirkət nümayəndəsinin axar.az-a verdiyi açıqlamaya görə, evin sahibi bir xanımdır: “Bu mənzili vaxtilə vəzifədə olan bir xanım satır. Evi xanıma atası bağışlayıb. Hazırda xanım yaşı ilə əlaqədar işləmir. Adının açıqlanmasını istəmədiyi üçün bir söz deyə bilmərəm”.

Şirkət nümayəndəsinin sözlərinə görə, mənzildə olan bütün mebellər sifarişlə İtaliyadan gətirilib: “Otaq mebellərindən tutmuş hamam, tualet mebelləri, hətta divardakı lepkalar da İtaliyadan gətirilib. Əşyaların əntik olduğuna inanmayanlar üçün evi satan xanım mebellərin haradan və neçəyə alındığını sübut edən qəbzləri də saxlayıb”.

Satıcının sözlərinə görə, mənzil bir neçə il öncə 1,5 milyona satışa çıxarılmışdı:“Sonradan evin sahibi mənzili satmaqdan imtina etdi. İndi təcili satmaq istədiyi üçün qiyməti 750 000 manata düşüb”.


loading...


Fikrinizi bildirin