Bakıda metronun qarşısında ölüm - FOTO

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. Azvision.az-abildirir ki, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib. Qafqazinfoxəbər verir ki, ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur.

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar