“Milli Şuranın mitinqinin heç bir əhəmiyyəti yoxdur” – Siyavuş Novruzov

Dərc olunub: 23/09/2017 - 19:37

siyavush-novruzov-1“Milli Şuranın mitinqində əvvəllər cinayət törədib həbs olunanların yaxınları, digərləri isə oradakı siyasi partiya rəhbərlərinin qohumlarından idi. Aksiyada siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, mitinq çox zəif olub: “Mitinqə baxanda sönüklük görünürdü. Digər tərəfdən mitinqdəki çıxışların özündə də şər, böhtan, qarayaxma kampaniyası vardı və bunlar əsassızdır. Prezident İlham Əliyevin ABŞ-a uğurlu səfəri, çıxışı və orada Ermənistan rəhbərliyinin cinayətkar olması, Ermənistan ordusunun gücsüzlüyü, Dağlıq Qarabağla bağlı BMT qətnamələrini yerinə yetirməməsi ilə bağlı çıxışından sonra Ermənistanda çox ciddi ab-hava yaranıb. Hazırda Ermənistanda cinayətkar rejimə qarşı çox böyük kampaniya aparılır. Azərbaycanda isə Ermənistan rəhbərliyi tərəfindən ortaya atılan bir qrup mitinqdə, elə bil Serj Sarqsyanın yazdığını diqtə edirdilər. Azərbaycan ordusu bu gün kifayət qədər silaha və gücə malikdir. BMT Baş Assambleyasının 72-ci sessiyasında Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, lazım gəlsə, Ermənistan cəzalandırılacaq. Mitinqdə şahidi oldum ki, Ermənistanın işğalçı olması, Xocalı soyqırımı törətməsi ilə bağlı bir kəlmə də olsun fikir işlənmədi”.

“Dedilər ki, Azərbaycan guya yararsız silahlar alır. Azərbaycan bu gün Pakistan, İsrail və digər ölkələrdən müasir silahlar alır. Bütün dünya Azərbaycanın gücünü etiraf edir, bunlar isə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışırlar ki, Azərbaycanın silahları köhnə və yararsızdır. Hansı siyasi partiyanın lideri məsələni bu cür qoya bilər? Ancaq erməniyə xidmət edənlər bunu edər. Bunlar Azərbaycandakı “sərbəst toplaşmaq azadlığı haqqında” qanunu rəhbər tutaraq mitinq keçirirlər. Görün, nə qədər bunların bir-biri ilə bağlıllğ var” – o qeyd edib.

YAP icra katibinin müavini vurğulayıb ki, korrupsiya ilə məşğul olan, siyasi mühacir bileti satan Əli Kərimli mitinqdə hakimiyyəti korrupsiyada ittiham edir: “Əli Kərimlinin müavini Gözəl Bayramlının Gürcüstana 41 dəfə səfər etməsi, oradan pullar alması da bir daha sübut edir ki, bunları Ermənistanın rəhbərliyi maliyyələşdirir. Bu qüvvələr ölkədə sabitliyi pozmaq istəyirlər. Əli Kərimli mitinqdə hesabat versin ki, 20 ildir işləmir, ancaq özünü, cangüdənlərini nə ilə saxlayır? Övladları ən bahalı institutlarda təhsil alır. Desin ki, bu pulları hardan alır? Bu, digərlərinə də aiddir. Jurnalistlərlə bağlı fikir deyirlər. Hansı ölkədə dövlət jurnalistlərə ev verir? Hansı ölkədə qeyri-hökumət təşkilatları, siyasi partiyalar dövlət tərəfindən maliyyələşir? Bunlar heç öz hesabatlarını verə bilmirlər. Ona görə də mitinqdəki fikirlərin heç bir əhəmiyyəti yoxdur”.


loading...




Fikrinizi bildirin