Meksikada 6,2 bal gücündə daha bir zəlzələ oldu

Meksikanın şərqində 6,2 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Oahaka ştatının Matias Romero şəhərinin cənub-şərqində yerləşib. Agentliyin məlumatına görə, zəlzələ ilə əlaqədar Meksikada həyəcan təbili çalınıb.

Xatırladaq ki, bundan əvvəl-sentyabrın 19-da baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 286 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar