KXDR-in nüvə poliqonunun yaxınlığında zəlzələ qeydə alınıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbr verir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə poliqonunun yaxınlığında maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.

Hazırda seysmik aktivliyin təbiəti araşdırılır, nədən ki, onun səbəbi partlayış da ola bilər.

Zəlzələnin episentri sentyabrın 3-də KXDR-in nüvə sınağı keçirdiyi yedən 5 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı təxminən bir kilometr dərinlikdədir.

Çin mütəxəssisləri zəlzələnin Pxenyan tərəfindən keçirilən növbəti nüvə silahı sınağının nəticəsi ola biləçəyini istisna etmirlər. Cənubi Koreya seysmoloqları isə yeraltı təkanların təbii xarakterli olduğunu inkar etmirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar