İstanbul derbisinin qalibi - "FƏNƏRBAĞÇA" + Video

"Fənərbağça" daha bir derbidən qalib ayrılıb

"AzPolitika" xəbər verir ki, Türkiyə Superliqasının 6-cı turunda "Fənərbağça" öz meydanında "Beşiktaş"ı qonaq edib. İstanbul derbisinin qalibi gözlənildiyi kimi meydan sahibləri olub. "Fənər" əzəli rəqibini 2-1 məğlub etməyi bacarıb. Meydan sahibinə qələbə qazandıran qolları qarşılaşmanın 20-ci dəqiqəsində Guliano və 85-ci dəqiqəsində Yansen penaltidən vurublar. Qonaqların yeganə qolunu 87-ci dəqiqədə Babel vurub.

Nəzərinizə çatdıraq ki, qarşılaşmada 4 qırmızı vərəqə qeydə alınıb. Meydan sahiblərindən Neto və İsmayıl, "Beşiktaş"dan isə Kuaresma və Atiba qırmızı vərəqə ilə cəzalandırılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar