Tramp Merkelə uğurlar arzulayıb - Seçkilərdə

Dərc olunub: 23/09/2017 - 23:19

tramp«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Almaniyanın kansleri Angela Merkelə telefon açaraq, sentyabrın 24-də keçiriləcək parlament seçkilərində ona uğurlar arzulayıb.
Ağ evin mətbuat xidmətinin yaydığı xəbərə görə, söhbət zamanı Tramp həm də ikitərəıi əlaqələrin sarsılmaz olduğunu xatırladıb.
«Prezident Birləşmiş Ştatlar və Almaniya arasındakı əlaqələrin möhkəmliyini qeyd edib» – xəbərdə deyilir.
Məlumat üçün bildirək ki, qarşıdakı bazar günü Almaniyada parlament seçkiləri keçiriləcək və onun nəticələrinə görə, yeni hökumət formalaşdırılacaq. Bundan başqa, kanslerin adı da məlum olacaq. Bu posta XDİ/XSİ alyansının başçısı Angela Merkel və sosial-demokratların lideri Martin Şults iddialıdır.


loading...


Fikrinizi bildirin