«Rusiya «Qərb-2017» təlimlərində nüvə-raket zərbəsini məşq edib» - Turçinov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna Milli təhlükəsizlik və müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov bəyan edib ki, Rusiya-Belorus «Qərb-2017» hərbi təlimlərinin son mərhələsində Rusiya genişmiqyaslı nüvə-raket zərbəsi endirməyi məşq edib.

Turçinovun sözləri «MTMŞ»-nun saytında yer alıb.

Turçinovun təsdiqlədiyi kimi, təlimlərin sonuncu günü nüvə-raket zərbəsini məşq etmək üçün uzaq mənzilli avaiasiyanın 6 ədəd Tu-95MS və Tu-22M3 təyyarələri prosesə cəlb olunub. Təyyarələr Barents dənizi, Batlik və Norveç dənizləri üzərində üçüşlar həyata keçiriblər.

Bundan başqa, «MTMŞ»-nun katibi bəyan edib ki, təimlərin gedişi zamanı raket ordu hissələri Arxangelsk vilayətindəki «Plesetsk» kosmodromunda «Yars» RS-24 qitələlarası ballistik raketin təlim-döyüş atışını həyata keçiriblər. Hədəflər isə Kamçatka yarımadasındakı «Kura» poliqonunda yerlşib.

Digər tərəfdən, Turçinovun sözlərinə görə, Şimal donanmasının strateji təyinatlı sualtı raket «Dmitri Donskoy» kreyseri suda yerləşdirilmiş qitələrarası ballistik raketin elektron atışını həyata keçirib. O cümlədən, Laptevlər və Barents dənizləri hövzələrində dəniz hədəfılərinə raket atışları yerinə yetirilib.

Turçinovun fikrincə, bütün bunlar ondan xəbər verir ki, Rusiya Qərblə tammiqyaslı müharibəni alovlandırmağa qədər gərginliyi artırmağa hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar