«G7 Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır» - Merkel

angela_merkel_280215«AzPolititka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, Almaniyanın kansleri Angela Merkel jurnalistdərə bəyan edib ki, Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə «Böyük yeddilik» liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdırlar.

Bu zaman kansler qeyd edib ki, bu addım nə Almaniya üçün, nə də digər G7 ölkələri üçün arzuolunan deyil.

«Biz, lazım gələcəyi təqdirdə - düzü, biz bunu istəmirik - vəziyyət tələb etsə, sanksiyaları sərtləşdirməyə hazırıq» - deyə, Merkel bəyan edib.

Bundan əvvəl Merkel Rusiyanın Donbasda sülhməramlıların yerləşdirilməsi barədəki təklifini «maraqlı» adlandıraraq, demişdi: «Bir neçə gün əvvəl Vladimir Putinlə sülhməramlıların yerləşdirilməsi barədə - ATƏT müşahidəçilərinin olduğu hər yerdə, o cümlədən, Donbas və Luqansk vilayətləridə yerləşdirilməsindən də danışmışam».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar