Bakıda yeni fırıldaq - Bələdiyyyə avtobusu + VİDEO

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur.

Xezerxeber.az bildirir ki, avtobusların trafaretlərinə “Bələdiyyə avtobusu” yazılıb.

Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir.

Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.

Binəqədi qəsəbə bələdiyyəsindən sürücülərin dediklərinin yalan olduğunu söyləyiblər.

Bələdiyyədən bildirilibi ki, həmin avtobuslar onlara aid deyil və başqa bir şəxsə məxsusdur. O ki qaldı ''bələdiyyə avtobusu'' sözünün yazılmasına, bildiriblər ki, bu, vaxtilə bələdiyyənin öz razılığı ilə olub. Ancaq indi sahibkardan həmin yazıların çıxarılması istənilib.

Avtobusların sahibi Şahbaz Yaqubov isə etiraf edib i, avtobuslar ona məxsusdur.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həmin nəqliyyat vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz fəaliyyətinin qarşısı alınmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar