General Asapov Suriyada necə öldürülüb... - "Parça-parça olub..."

Rusiyanın 5-ci ümumqoşun ordusunun komandanı, general Valeri Asapovun Suriyada həlak olmasının bəzi təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr generalın sentyabrın 23-də Deyr-əz-Zor şəhərində gedən döyüşlərdə həlak olduğunu deyiblər. Mənbələr təsdiq ediblər ki, generalın olduğu komanda məntəqəsinə minaatan mərmisi düşüb.

“General sözün əsl mənasında parça-parça olub, adamdan heç nə qalmayıb. Onun dayandığı məntəqə ön xəttdə idi”-mənbə bildirib.

Generalla birlikdə iki polkovnikin də həlak olduğu bildirilir, lakin Müdafiə Nazirliyi bu barədə şərh vermir. Asapovun bir ilə yaxındır Suriyada xidmət etdiyi bildirilir. O.nun ölümü barədə xəbər ötən gün yayılıb.

"The Times" nəşrinin yazdığına görə general satqınçılığın qurbanı olub. Qəzet bu məlumatı anonim mənbələrə istinadən yayıb. Ehtimal edilir ki, generalın olduğu komanda mərkəzinin koordinatlarını İŞİD-ə ötürüblər. General Asapov Deyr-əz-Zor şəhərinin İŞİD mühasirəsindən azad edilməsi əməliyyatına komandanlıq edənlərdən biri idi. O, Suriyada həlak olan ilk Rusiya generalıdır.

Rusiyalı hərbi ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyib ki, generalın ölümü haqda əlavə informasiyalara malik deyil. Lakin onun yanında daha iki polkovnikin öldüyü haqda xəbərlər ağlabatandır. Çünki komanda mərkəzinə mərmi düşürsə bir qayda olaraq ölən birdən çox olur. Ekspert generalın atəşin korrektə edilməsi ilə vurulduğunu istisna etmir. Yevseyevə görə ön xəttdə yüksək vəzifəli şəxslərin təhlükəsizliyini təmin etmək çətindir və hər han hər şey baş verə bilər. Onun fikrincə hər şeyi xəyanətin ayağına yazmaq olmaz. Çünki zərbəni hansısa sistemlərin köməyi ilə də endirə bilərdilər. "Məsələn, ötən ilin aprelində Qarabağda zərbə pilotsuz aparatlar hədəfə telefonla yönləndirilirdi"-ermənipərəst mövqeyi ilə tanınan Yevseyev bildirib.

Ekspert onu da deyib ki, Rusiya ilk dəfədir Suriyada general rütbəli zabitini itirir. Ancaq İran Suriya döyüşlərində çoxlu general itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar