”Məzhəbçilik böyük bir fitnədir” - Bəkir Bozdağ

“Məzhəbçilik böyük bir fitnədir”.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri agentliyin sualını cavablandırarkən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“Azərbaycan fərqli dini məzhəblərə mənsub müsəlmanları yaxınlaşdırmaq məqsədi ilə onların birlikdə Vəhdət namazı qılmalarını təşviq edir. Bunu necə dəyərləndirirsiniz?”- sualına Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ bu şəkildə cavab verib: ”Çıxışımda da dedim: məzhəbçilik -islamın rədd etdiyi bir şeydir və böyük bir fitnədir. Bizim hamımızın müştərək məsələsi Quranı və peyğəmbəri örnək almaqdır. Bizim üçün onlardan başqa bir örnək yoxdur”.

Qeyd edək ki, bu gün İstanbulda “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar