Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

Cəlilabadda ildırım mağazanı yandırıb.

“Report”un Aran bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

Belə ki, əvvəlcə küləklə müşayiət olunan güclü yağış yağıb. Yağıntı bir saata yaxın davam edib. Bundan sonra ildırımın düşməsi nəticəsində kənddə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlər tərəfindən yanğın söndürülüb.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar