VÜQAR QARADAĞLI ATV-dən UZAQLAŞDIRILDI! - Yeni təyinatlar, istefalar + VİDEO

 

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub. MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib. A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

ATV telekanalının kollektivi buraxılıb. Bu, Vüqar Qaradağlının telekanalın direktoru vəzifəsindən uzaqlaşdırılmasından dərhal sonra baş verib. Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. 

Məlumata görə yeni rəhbərlik tərəfindən telekanalın bütün departament rəhbərləri, aparıcılar və "ATV Səhər" proqramının müəllifi Turan İbrahimov işdən çıxarılıb.

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

A. Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu “ATV Səhər” verilişinin yayımı dayandırılıb: “Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

Ehtimal olunur ki, Vüqar Qaradağlının işdən çıxarılmağına səbəb bu video olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar