"Qarabağ" - "Roma" qarşılaşması başa çatıb - YENİLƏNİB

“Qarabağ” - “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam komandasının yeganə qolunu Pedro Enrike vurub.

Qeyd edək ki, C qrupunda digər oyun Madriddə İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kollektivləri arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Çempionlar Liqası, II tur

C qrupu

27 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) - 1:2

Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Ceko, 15

Baş hakim: Artur Dias

Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares

Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro

Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)

Hakim-inspektor: Haim Yakov (İsrail)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya stadionu

Xal durumu: "Roma" - 4, "Çelsi" - 3, "Atletiko" - 1, "Qarabağ" - 0.

***

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

"AzPolitika" xəbər verir ki, Qurban Qurbanovun komandası İtaliyanın "Roma” klubunu qəbul edir. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması "Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir. Matçın favoriti qonaqlar olsa da, Ağdam təmsilçisinin doğma meydanda, güclü azarkeş dəstəyi qarşısında yaxşı nəticə qazanacağına da ümid edənlər az deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar