"MAĞARA DÜŞÜNCƏLİ BELƏ BİR ADAMIN..." - Azər Tağıyevin istefasına ilk reaksiya

azertaqiyev-1Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhəti ilə bağlı tutduğu postdan istefa verib. İlk olaraq Azvizion.az saytının yaydığı xəbəri artıq Kollegiya üzvü olan hüquqşünaslar təsdiqləyiblər. Onlar qeyd ediblər ki, növbəti qurultayadək sədrin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.

Seçkidə Vəkillər Kollegiyası sədrliyinə əsas namizədlərlə bağlı da müzakirələrin başlandığı bildirilir və artıq xəbərin yayıldığı andan etibarən, müxtəlif iddiaçıların adları çəkilməkdədir.

Qeyd edək ki, Azər Tağıyevin istefa xəbərinə ilk reaksiyalardan biri də qardaş Türkiyədən gəlib.

2012-ci ildə Vəkillər Kollegiyasından qanunsuz olaraq uzaqlaşdırılan və hazırda Türkiyədə yaşayan Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov Strateq.az-a açıqlamasında əslində Azər Tağıyevin çoxdan bu postdan uzaqlaşdırılmalı olduğunun gərəkliyini bildirib: "Mən Azər Tağıyevi çox yaxşı tanıyıram, hüquqi təfəkkürdən uzaq, mağara düşüncəli belə bir adamın insan hüquqlarının keşiyində durmalı olan bir quruma rəhbərlik etməsinin gülünc olduğunu həmişə açıqca demişəm, toplantılarda onu dəfələrlə tənqid etmişəm. Hesab edirəm ki, onun "istefası", gecikmiş də olsa, müsbət addımdır. Bundan sonra önəmli olan odur ki, onun yerinə mütərəqqi, işıqlı biri gətirilsin. Elə bir namizəd üzərində durulsun ki, o, Vəkillər Kollegiyasını hüquq-mühafizə orqanlarının yedəyində gedən təşkilatdan müstəqil, gerçəkdən də insan haqlarının qoruyucusu olacaq bir quruma çevirə bilsin. Yalnız belə bir vəkillik institutu həm ölkədə hüquqi düşüncənin güclənməsinə kömək edə bilər, həm də beynəlxalq aləmdə imicimizə müsbət təsir edər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar