Mexikoda zəlzələ qurbanlarının sayı 200 nəfəri ötüb

Meksikanın paytaxtı Mexikoda xilasedicilər sentyabrın 19-da baş vermiş zəlzələnin dağıntıları altından cəsədləri çıxarmaqda davam edirlər.

"Report"un TASS-a istinadən məlumatına görə, ölkənin mülki müdafiə qüvvələrinin koordinatoru Luis Felipe Puente özünün "Twitter"ində meqapolisdə zəlzələ qurbanlarının sayının 204 nəfərə çatdığını xəbər verib.

"Ölkə üzrə zəlzələ qurbanlarının ümumi sayı 304 nəfərdir. Mexikoda 204 nəfər, Morelos ştatında 74 nəfər, Puebledə 45 nəfər, Mexiko ştatında 13 nəfər, Herreroda 6 nəfər, Oahakada 1 nəfər zəlzələnin qurbanı olub", - deyə Luis Felipe Puente özünün "Twitter"ində yazıb. Bir neçə yüz insan isə hələ də xəstəxanalardadır.

Sentyabrın 19-da baş vermiş 7,1 ballıq zəlzələnin episentri Morelos ştatının Axoçyapan yaşayış məntəqəsindən 12 kilometr cənub-şərqdə, zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra ölkədə onlarla 4 maqnitudalıq yeraltı təkanlar qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar