Ərdoğan-Putin danışıqları 1,5 saatdan çox davam edib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar 1,5 saatdan çox davam edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”nin müxbiri məlumat verib.

Bakı vaxtı ilə saat 20.10-da başlayan danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilmişdi. Tərəflərin həmçinin “Türk axını” qaz borusu və “Akkuyu” AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə edəcəyi bildirilmişdi.

Hazırda görüş geniş tərkibdə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar