Tərəfdarlarına müraciət etdi - Əl-Bağdadi sağdır

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əl-Bağdadi çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu söyləyib.

O, həmçinin Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan, Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu açıqlayıb.

Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb.

Terrorçuların lideri həmçinin ABŞ-ı regionda Rusiyanın qüdrətinin genişlənməsinin qarşısını almamaqda tənqid edib. Bundan əvvəlki audioyazı ötən ilin noyabrında yayılıb.

Qeyd edək ki, bu ilin mayında əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılıb. Lakin sonradan məlumat təsdiqini tapmayıb. Onun ölümü barədə xəbərlər habelə 2016-cı ilin dekabrında, 2015-ci ilin aprelində, 2014-cü ilin noyabrında da yayılıb. Ancaq bu məlumatların da heç biri təsdiqini tapmayıb.

Əbu Bəkr əl-Bağdadinin hazırda Suriya ərazisində gizləndiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar