ABŞ Rusiya və Çini KXDR-ə təzyiqləri artırmağa çağırdı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, terrorçuluğa qarşı fəaliyyət və maliyyə kəşfiyyatı üzrə Amerika Birləşmiş Ştatları (ABŞ) maliyyə nazirinin müavini Siqal Mandelker Rusiya və Çini Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların reallaşdırılması üçün «bir qədər də artıq» töhfə verməyə çağırıb.

«Çin və Rusiyanın BMT TŞ-nın son qətnaməsinin qəbuluna verdiyi dəstək etiraf edilməlidir. Bunanla yanaşı, hər iki ölkə bir qədər də artıq və bir qədər tez edə bilər ki, sanksiyalar reallaşdırıla bilsin. Sanksiyaların reallaşdırılması və onlar tərəfindən təzyiq göstərilməsi KXDR təhlükəsininin dayandırılması üçün kritik həddə qədər əhəmiyyətlidir» - deyə, Mandelker ABŞ senatındakı dinləmələrdə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar