Bakıda ahıl kişini avtomobil vurub

Bakıda ahıl kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində 1957-ci il təvəllüdlü Usubov Zaman Məmməd oğlu yolu keçərkən onu sürücüsü hələlik məlum olmayan minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar