Qatarın altında qalan kişi öldü

Bakının Suraxanı rayonunda qatarın altında qalan kişi ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsinin ərazisində baş verib.

Belə ki,qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkən Keşlə-Biləcəri qatarının altında qalıb.

Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar