Səudiyyə kralı Moskvaya gəlir - Kreml təsdiqləyib

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz Əl-Səud oktyabrın əvvəlində Moskvaya səfər edəcək. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov xəbər verib.

«Bu, oktyabrın 1-ci dekadasında baş verəcək, dəqiq tarixini elan edəcəyik. Bu səfərə hazırlıq final mərhələsinə çatıb» - Peskov bildirib. Onun sözlərinə görə Kremldə bu səfərə böyük önəm verirlər və hesab edirlər ki, o, ikitərəfi münasibətlərin inkişafına «yeni güclü impuls verəcək».

Kremlin nümayəndəsi qeyd edib ki, Səudiyyə Ərəbistanı ərəb dünyasının liderlərindən biri olaraq, ərəb və ərəblərarası işlərdə mühüm rol oynayır.

«Ona görə də şübhəsizdir ki, Rusiya dialoqu davam etdirməkdə, o cümlədən, Yaxın Şərq bölgəsində və Suriyada vəziyyətin müzakirə edilməsində maraqlıdır. Bizim başlıca ümidimiz isə ondan ibarətdir ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni güclü impuls verəcək. Çünki bizim münasibətlərimizin potensialı de-fakto göründüyündən də xeyli zəngindir. Biz, dialoqu bütün vasitələrlə inkişaf etdirmək istəyirik» - deyə, Peskov qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar