Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıda məsləhətləşmələr aparıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

"Report" Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər dini ekstremizm və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

"Regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Məsləhətləşmələrin yekununda N.Patruşov bildirib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli gündəmdə strateji tərəfdaşlığın qabaqcıl xarakteri ilə seçilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar