Rusiyada əsgər hərbçi yoldaşlarını güllələyib - 3 ölü, 2 yaralı var

Rusiyanın Amur vilayətində hərbi xidmətdə olan əsgər onunla birgə xidmət keçən yoldaşlarına atəş açıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə 3 hərbçi ölüb, daha 2 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hərbçinin daha sonra silahını götürərək poliqon ərazisindən uzaqlaşdığını, onun axtarışlarının komandanlıq və hüquq-mühafizə orqanları tərəfindən davam etdirildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar