Ukrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verəcək

RUkrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verməyə hazırlaşır.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Petr Poroşenko Kerçensk körpüsünün tikintisi nəticəsində dəymiş ekoloji ziyana görə Rusiyanı məhkəməyə verməyi tapşırıb.

Ancaq Svyatoslav Tseqolko Ukrayna prezidentinin hansı məhkəməyə müraciət edəcəyini açıqlamayıb.

Qeyd edək ki, Ukrayna Azov dənizində suyun kimyəvi tərkibinin dəyişəcəyindən ehtiyatlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar