Rusiya S-400 sövdələşməsii çərçivəsində Türkiyəyə texnologiya verməyəcək

S-400 Triumf air defense systems prepared for being put into serviceAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya S-400 zenit-raket sistemi sövdələşməsi çərçivəsində Türkiyəyə hava hücumundan müdafiə (HHM) sistemləri üzrə texnologiyalar verməyəcək. Bu barədə Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin xəbər verib.

«Hazırda bu barədə söhbət getmir, hələlik söhbət yalnız S-400 sisteminin göndərilməsindən gedir» - deyə, Kojin «İnterfaks» agentliyinə danışıb.

O, Türkiyənin S-400 sistemləri üçün avans da ödədiyini təsdiqləyib.

«Kontrakt fəaliyyətə başlayıb, avans ödənilib. Konkret müddətlər barədə hələlik bir söz deyə bilmərəm» - deyə, Kojin əlavə edib.

Moskva və Ankara S-400 zenit-raket sistemlərinin alqı-satşısı üzrə saziş imzalayıblar. Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, 3 raket sistemi üçün Ankara artıq ilk avansı ödəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar