Millimiz yarımfinalda bu komanda ilə mübarizə aparacaq

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mərhələnin son görüşündə Rusiya Türkiyə ilə qarşılaşıb.

Qarşılaşmadan əvvəl Rusiya nisbətən üstün hesab olunsa da, qardaş ölkənin komandası rəqibinə heç bir şans verməyib. Çempionata zəif başlayan "ay-ulduzlular" rəqibini set vermədən məğlub edərək yarımfinala adlayıb. Komanda final yolunda Serbiya ilə üz-üzə gələcək.

Bu gün Almaniya üzərində qələbə qazanan Azərbaycan voleybolçuları isə yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.

Avro-2017

1/4 final mərhələsi

29 sentyabr

Rusiya - Türkiyə - 0:3 (25:27, 18:25, 21:25)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar