“Microsoft” oktyabrdan etibarən “Office 2007” paketini dəstəkləməyəcək

 

“Microsoft”un proqramçılar komandası “Office 2007” ofis proqramları paketinin genişləndirilmiş dəstək mərhələsinin başa çatması haqda məlumat dərc edib.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, oktyabrın 10-dan etibarən “Microsoft” şirkəti “Office 2007” versiyası üçün yeniləmələr çıxarmayacaq, həmçinin texniki məsləhətlər verməyəcək. “Office 2007” versiyasının tərkibinə daxil olan proqramların (“Word”, “Excel”, “PowerPoint”, “OneNote”, “Visio”, “Outlook” və sairə) dəstək müddəti başa çatıb.

Fərdi kompüter və korporativ IT infrastrukturun mühafizəsi ilə bağlı problemlər yaşamamaq üçün “Microsoft” şirkəti indiyədək “Office 2007” proqram təminatından istifadə edən istifadəçi və təşkilatlara “Office 365” versiyasına keçməyi tövsiyə edir.

“Office 2007” ofis proqramları paketi 2006-cı il noyabrın 30-da təqdim edilib. Yeni məhsulun əvvəlki versiyalardan əsas özəlliyi tamamilə yenidən işlənmiş “Ribbon” adlı istifadəçi interfeysi, yeni “Open XML” sənəd formatının dəstəklənməsi və bir çox əlavə funksiyalar olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar