ABŞ İraq Kürdüstanın müstəqillik referendumunu tanımadı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) İraq Kürdüstanında keçirilmiş müstəqillik referendumunu tanımaqdan imtina edib və onu qeyri-qanuni adlandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin (DD) başçısı Reks Tillerson bəyan edib.

«ABŞ, rejional Kürdüstan hökumətinin birtərəfli qaydada keçirdiyi referendumu tanımır» - deyə, Tillerson qeyd edib.

DD-nin başçısı əlavə edib ki, Vaşinqton bu «birtərəfli addım»ın neqativ nəticələrindən təşviş keçirir.

Onun sözlərinə görə, Ağ Ev federal demokratik və çiçəklənən İraqı dəstəkləməkdə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar