“Sağlam Yaşa” Daşkəsəndə tədbir keçirib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 29 sentyabr 2017-ci il tarixində “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Qəhrəmanlığı sizdən öyrənirik” adlı layihəsini ilk olaraq Daşkəsən rayonunda keçirmişdir.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə müharibə veteranları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri, gənclər, müəllimlər və rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbirdən əvvəl rayonun Şəhidlər xiyabanı ziyarət olundu, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimin əziz xatirəsi dərin ehtiramla yad edildi, məzarlarına güllər qoyuldu.

Tədbiri açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Orxan Həsənov çıxışında belə tədbirlərin gənc nəslin tərbiyəsində əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu gün orta məktəblərdən ali məktəblərə yol alan gənclər demək olar ki, vətənpərvərlik duyğusu və qəhrəmanlıq hissi ilə "yüklənmiş" halda yeni həyata qədəm qoyurlar. Vətən naminə oxumaq və çalışmaq ən böyük vətənpərvərlikdir. Əgər bu hiss, bu duyğu varsa, deməli ana vətənin hər bir vətəndaşı, xüsusilə də gəncləri onu qorumağa, fədakarlıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazırdırlar.

“Qəhrəmanlığı sizdən öyrənirik” layihəsinin məqsəd və vəzifələri haqqında “Sağlam Yaşa” GMİB-nin icraçı direktoru Tələt Qəribov məlumat verdi. Təmsil etdiyi İctimai Birliyin Daşkəsəndə artıq ikinci layihəsini həyata keçirdiyini diqqətə çatdıran T.Qəribov dedi ki, əgər hər bir Azərbaycan gənci öz ölkəsi, həmçinin milli qəhrəmanlarımız haqqında nə qədər çox məlumatlı olsa, bilgi əldə etsə, torpağını da bir o qədər çox sevər ki, bu da onda vətəni qorumaq hissinin müqəddəs bir borc olduğu anlamına gəlir. Yeniyetmə gənc başa düşür ki, ona aşılanan bu duyğular bir ömür onun yol yoldaşıdır, heç vaxt onu tərk etməməlidir.

Təşkilatın eksperti“Sağlam həyata doğru” İctimai Birliyinin sədri Sadiq Həsənovun da çıxışı maraqla qarşılandı. Onun “Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür” ibrətamiz fikri hər kəsin rəğbətinə səbəb oldu. Daha sonra Qarabağ müharibəsi döyüşçüsü Zakir Məmmədov, SHXÇDX rayon bölməsinin baş məsul icraçısı Rauf Həmidov, rayon “Şəhid Anaları Xeyriyyə” Mərkəzinin sədri şəhid anası Qızbəs Abbasova, Qarabağ müharibəsi əlili Hacı Ənvər Əliyev, Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Rəşail Babayev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev və başqaları çıxış etdilər, gəncləri ağıl ilə müşayiət olunan misilsiz cəsarət, igidlik və qorxmazlıq tələb edən qəhrəmanlığa çağırdılar.

[gallery columns="4" size="full" ids="358395,358396,358397,358398"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar