BİZLƏRİ MƏHV EDƏN YIRTICILARA SON! — Övladlarınızı belə qoruyun

 

Bəzən düzgün işıqlandırmada evimizə düşən kosmik tozu görmək mümkün olur. Lakin gündəlik həyatımızda nəfəs aldıqda udduğumuz ev tozu adlandırılan bu kiçik zərrəciklər toplusunda kosmik tozun miqdarı çox az olur. Əslində insanların sadəcə ev tozu adlandırdıqları müxtəlif mənşəli çox kiçik zərrəciklərdir. Bu tozu elektron mikroskopla müşahidə edərkən heyvan tükünün, müxtəlif həşəratların bədən hissələrini, milçəyin gözünü və ya kəpənəyin qanadının çox kiçik hissələrini görmək olur.

Ev tozunda gözlə görmək mümkün olmayan allerqenlər də vardır. Evə çöldəki çiçəklərin tozu daxil olur və bəzən evdə onun miqdarı çöldəkindən də çox ola bilir. Ev heyvanlarının ölmüş dəri hissəcikləri də istisna deyil. Amma ev heyvanlarının ölmüş dəri hissəciklərini nəfəs aldıqda udduğumuz yeganə canlılar deyildir. Beləki ev tozunun böyük hissəsi bizlərin, insanların ölmüş dəri hissəciklərinin payına düşür. Aparılmış təhqiqatlar göstərir ki, insanlar hava ilə birgə nəfəs aldıqda ən çox özlərinə məxsus ölü dəri hissəciklərini udur. Biz evlərimizi kiçik sakitlik oazisi hesab edirik, amma əslində evlərimiz daima hava axınlarının oynadığı kiçik atmosferlərin sistemidir. Nəfəs aldıqda udmadığımız toz hissəcikləri isə bu kiçik, gözə görünməyən dünyada inkişaf edən canlının qidası olur. Onu toz gənəsi adlandırırlar. Onlar o qədər kiçikdirlər ki, üçü bir iynənin ucunda yerləşir.

Bu kiçik canlı insan dərisi ilə qidalanır. Onların mövcudluğu məhz sizlərin dərinizin ölü hissəciklərini öz ağızlarına təpməkdən ibarətdir. Hər bir qida zəncirində olduğu kimi, bu toz gənəsinin də dünyasında yırtıcılar vardır. Onlar yumşaq mebellərinizin, xalılarınızın müəyyən yerlərində gizlənib bu gənələrə hücum edir, onların bədənini dəlib daxilini gəmirirlər. Gənələr qidalanır və təbii ki, nəcis ifraz edirlər. Toz gənələrinin nəcisi ev tozuna qarışır və biz nəfəs aldıqda hava ilə yanaşı, bu nəcisi uduruq. Nəticədə toza qarşı olan allergiya kimi tanıdığımız reaksiya baş verir. Əslində isə bu allergiyanın əsl səbəbkarı məhz toz gənəsinin nəcisidir.

Gündəlik həyatımızda biz orta hesabla gün ərzində 20,000 dəfə nəfəs alıb veririk. İndi isə artıq bilirik ki, udduğumuz hava özündə həyatımız üçün çox təhlükəli hissəcikləri cəmləşdirir. Və bilirik ki, bu təhlükə yalnız çöldə deyil, evimizdə də bizi izləyir. Lakin üzülməyə dəyməz. Müasir dövrümüzün elmi və texniki inkişafı bu cür təhlükələrdən özümüzü və ailə üzvlərimizi, ələlxüsus gələcəyin çiçəkləri sayılan övladlarımızı qorumaq üçün çox effektiv vasitələrin yaradılmasına zəmin yaratmışdır.

 

İsveçrə istehsalı olan Air Pure 2 bunun bariz misalıdır. Dörd mərhələdən ibarət olan bu hava təmizləyicisi havanı 99,97 %-ə qədər təmizləyir.

Birinci mərhələdə anti mikrob filtr havanı toz və digər mikroskopik hissəciklərdən təmizləyir.

İkinci mərhələdə maqnit sahələri əsasında istehsal edilmiş HPP filtrlər sistemidir. Bu mərhələdə havada olan virusları, bakteriyaları, ən kiçik toz hissəciklərini, kif və göbələyi özündə saxlayır və sonrakı mərhələyə buraxmır.

Üçüncü mərhələdə aktivləşdirilmiş kömürlü filtr oyuna girir və havada olan müxtəlif qazları, tütün tüstüsü və digərləri kimi qoxuları zərərsizləşdirir.

Dördüncü mərhələdə Amezcua Air adlı məhsulu fəaliyyətə keçir. Bu mərhələdə hava enerji və harmoniya ilə zənginləşdirilir.

Yaşadığımız müasir dövrümüzdə səhhətimizə ziyanlı təsir göstərən amillərin çoxluğu bəzən qorxuya düşməyimizə səbəb olur. Xoşbəxtliyimiz isə ondadır ki, buna qarşı laqeyd qalmayan alimlər, mühəndislər və ələlxüsus bu alimləri və mühəndisləri bir araya gətirib, onların təhqiqatlarını maliyyələşdirən, insanların həyatlarının yaxşılığa doğru dəyişməsinə çalışan qlobal şirkətlər var. Məhz QNET şirkətinin bu möhtəşəm nailiyyətləri sayəsində sağlam gələcəyə doğru daha bir addım ata bilərik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar