Makronun məkri, yoxsa Bağdada kömək?

 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Prezidenti Emmanuel Makron Kürdüstan ətrafında yaranmış münaqişənin həllində «Bağdada öz köməyini təklif edib».

Makron İraqın Baş naziri Haydar ə-Əbadi ilə telefon danışığı zamanı bəyan edib ki, İraq və İraq Kürdüstanı İŞİD ilə mübarizədə və İraqda vəziyyətin sabitləşdirilməsində «vahid qüvvə» olaraq qalmalıdır («Röyter»).

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, İraq Kürdüstanı ətrafında yaranmış münaqişə istiqamətində gərginliyin azaldılması üçün Makron Bağdada öz köməyini təklif edib. O, İraq hökumətinin başçısını «hər cür gərginlikdən qaçmağa» çağırıb və oktyabrın 5-də referendum barədə danışıqlar aparmaq üçün onu Parisə dəvət edib.

Fikir verin - Makron (Makaron yox ha!) İraqa öz «köməyi»ni təklif edərkən, İraqın bölünməzliyindən, sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğundan və konstitusiyasının kobud şəkildə polulmasından bircə kəlmə də danışmayıb? Bunun adı nədir - kömək, yoxsa məkr?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar