Bu körpüdə yalnız bir avtomobil hərəkət edə bilər - VİDEO

Bu körpüdən istifadə edən sakinlər təhlükəni hər an gözə alırlar.

ARB Şəki xəbər veir ki, təhlükəni artıran məqamlardan biri də buradan məktəblilərin, yaşlı insanların da istifadə etməsidir. Kənarında qoruyucu məhəccəri olmayan körpünün günü-gündən dağılması təhlükənin həddini artırır. İsmayıllı rayonunun Soltan Mehdiyev Küçəsində ötürücü kanalın üzərində quraşdırılan körpü artıq keçilməz vəziyyətdədir.

2005-cı ildə vətəndaşların öz hesabına bərpa edikləri körpüdən gündəlik dəfələrlə istifadə edən sakinlər təhlükə ilə üz-üzə qalırlar. Minik avtomobillərinin tək-tək hərəkət etdiyi körpü iri tonnajlı yük avtomobillərinin keçidində problemlər yaradır. Bu isə öz növbəsində müəyyən fövqəladə hadisələr zamanı problemlərin daha da böyüməsi ilə nəticələnir. Körpünün üzərində yaranan dəliklər dəfələrlə qəzalara səbəb olub. Sakinlərin yağışlı günlərdə, gecə saatlarında körpüdən keçməsi daha çox təhlükəli olur.

Qarlı, şaxtalı havalarda isə keçiddən istifadə tamamilə mümkünsüz vəziyyətə gəlir. Dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlərin yaşadığı çətinlikləri bir il öncə də işıqlandırmışıq. Ötən ilin oktyabr ayında sujetimiz təqdim olunan zaman İsmayıllı rayon bələdiyyəsindən körpünün qanuni bərpası üçün lahiyə smeta sənədləri hazırlandığı və problemin tezliklə aradan qalxacağı bildirilmişdi. Lakin görünən odur ki, keçən bir ilə yaxın müddətdə hələlik heç bir addım atılmayıb.

Bələdiyyənin bu dəfəki açıqlaması da oxşardır: yaxın gələcəkdə problemin aradan qaldığırılacağı bildirilir. Ümid edək ki, nəticə oxşar olmayacaq və problem tezliklə öz həllini tapacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar