İranla İraq birgə hərbi təlim keçirəcək

Dərc olunub: 30/09/2017 - 21:42

img-20170930-wa0050İran və İraq birgə hərbi təlim keçirəcək. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin mətbuat xidmətinin baş sözçüsü general Məsud Cəzayiri deyib.
M.Cəzayiri vurğulayıb ki, İraq dövlətinin rəsmi istəyi əsasında bu gün iki ölkənin Silahlı Qüvvələrinin komandirlərinin Tehranda görüşü baş tutub. Görüşdə İran Silahlı Qüvvələri baş qərargah rəisi Məhəmməd Baqiri də iştirak edib.
Onun sözlərinə görə, görüşdə İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyi və ölkənin şimalında referendumun keçirilməsinin qanunsuz olduğu vurğulanıb.
M.Cəzayiri əlavə edib ki, təlimlər Qəsri Şirin-Pərvizxan-Mərivan-Tamarchin sərhədlərini əhatə edəcək. Təlimlərin yaxın günlərdə keçiriləcəyi qeyd olunub.








loading...


Fikrinizi bildirin