Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 10-cu dəqiqədə Azər Salahlı açıb. 60-cı dəqiqədə isə Amil Yunanov ikinci qolu vurub.

Bununla da xallarını 10-a çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Səbail" isə 6 xalla 6-cı pillədə qalıb.

Turun ilk iki oyunu da qonaqların eynihesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi" səfərdə "İnter"ə, "Kəpəz" isə "Qəbələ"yə qalib gəlib - 2:0. Tura oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq. Oyun saat 18:00-da başlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar