Türkiyə hərbi polisini İdlibdə yerləşdirməyə başladı - Ruslar hələlik gəlməyiblər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə özünün hərbi polis qüvvələrini İdlib təhlükəsizlik zonasına yerləşdirməyə başlayıb.

Suriyanın İdlib əyaləti Astanada təsdiqlənmiş təhlükəsizlik zonalarından birinə daxildir. Burada hələlik yalnız Türkiyə polisi yerləşdirilir, Rusiyanın pois qüvvələri isə hələlik bölgəyə yeridilməyib.

«Hələlik İdlibdə Rusiyanın hərbi polisi yoxdur. Amma orada Türkiyə hərbi polisi öz qüvvələrini yerlşdirməyə başlayıb» - deyə, məlumat agentlikləri xəbər verirlər.

Xəbər verildiyi kimi, sentyabrın ortalarında Astanada keçirilmiş sayca 6-cı görüş zamanı qarant ölkələr (Türkiyə, Rusiya və İran) tərəfindən 4-cü təhlükəsizlik zonası müəyyən olunub.

Cai ilin mayında 3 təhlükəsizlik zonası yaradılmışdı: Homs şəhərindən şimala doğru - Şərqi Qut (Dəməşq ətrafı), Suriyanın cənub-qərbində və İordaniya sərhədində - Deraa əyalətində.

Dördüncü zonaya isə İdlib, Latakiya, Hələb və Xama daxildir.

Razılaşmaya əsasən, İdlibdə təhlükəsizlik zonasının monitorinqi İran, Rusiya və Türkiyə qüvvələri tərəfindən həyata keçirilməlidir. Qalan zonalardaa isə bununla Rusiya hərbi polisi məşğul olmalıdır.

Verilən məlumatlara görə, İdlib rayonunun dərinliklərində İranın hərbi polisi yerləşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar